Leonardo Di Kaprio evini satışa qoydu

Leonardo Di Kaprio, aktyor

Leonardo Di Kaprio, aktyor

24 yanvar 2022
# 16:10

Hollivud ulduzu Leonardo Di Kaprio Los-Ancelesdəki evini satmaq qərarı alıb.

Kulis.az xəbər verir ki, 1926-cı ildə Tudor dövrünün memarlığına uyğun dizayn edilən ev, bugünkü müasir memarlıq ilə sintez edilib.

Hündür tavanları və geniş otaqları olan evdə mətbəx, yemək otağı, kinoteatr, terras, idman zalı, ofis, hovuz və spa var.

Leonardo sözügedən malikanəni 4,9 milyon dollara satmağı planlaşdırır.

Qeyd edək ki, o, evi 4 il əvvəl məşhur müğənni Mobidən satın alıb.

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #