"Labubu" filmi çəkiləcək

"Labubu"  filmi çəkiləcək
17 noyabr 2025
# 11:20

“Sony Pictures” fenomenə çevrilmiş “Labubu” obrazı əsasında uzunmetrajlı film çəkmək üçün rəsmi razılaşma imzalayıb.

Kulis.az xəbər verir ki, şirkət məşhur personajın ekran hüquqlarını artıq satın alıb.

Hələlik layihənin detalları gizli saxlanılır. Təkcə filmin istehsal prosesinə start verildiyi təsdiqlənib.

Qeyd edək ki, "Labubu" obrazı Honq konqlu dizayner Kasin Lunq tərəfindən “The Monsters” kitabı üçün yaradılıb. Çin şirkəti "Pop Mart" ilk dəfə bu obraz əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib. Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib. Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər