14-23 aprel tarixlərində “Qanun” Nəşrlər Evində “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək.
Kulis.az xəbər verir ki, sərgi-yarmarkada bütün kitablara 30 faiz endirim tətbiq olunmaqla yanaşı 1, 2 və 3 manata kitablar da satılacaq.
Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.
Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Qanun” Nəşrlər Evinin (Tbilisi prospekti, 78) üçüncü mərtəbəsində keçiriləcək sərgi-yarmarka 10 gün ərzində saat 10:00-dan 21:00-dək davam edəcək.