Azərbaycan Kinematoqrafçılar İttifaqı noyabrın 5-də kinematoqrafçılar üçün ustad dərsi təşkil edəcək.
Kulis.az xəbər verir ki, master-klas, prodüser Jül Qranje və Lino Karl Lui Rettinqer tərəfindən aparılacaq. Layihələrin inkişaf etdirilməsi, müstəqil layihələrə maliyyə tapmaq, sənədli filmdə hekayənin və qəhrəmanın inkişafı və s. mövzular ətrafında baş tutacaq master-klasda bəzi layihələrin pitçinqi də keçiriləcək.
Master-klas, 5 noyabr, saat 12:00-dan, 18:00-a qədər davam edəcək.
Ünvan: "Landmark" hotel, "Lahıc" zalı, Nizami küç. 96A
Giriş sərbəstdir.
Kinoprodüserlik üzrə ustad dərsləri keçiriləcək
