Əjdər Olla görüş keçirildi

Əjdər Olla görüş keçirildi
8 iyun 2020
# 10:36

Tanınmış yazıçı, şair Əjdər Olun Hacıqabul və Şirvan məktəblilərilə virtual görüşü keçirilib.

Kulis.az xəbər verir ki, karantin günlərinə təsadüf edən görüşdə ədəbiyyatsevər şagirdlər şairin zəngin irsi ilə tanış olub. Şairin şeirlərindən söyləmiş və onları maraqlandıran suallarla şairə müraciət etmişlər.

Şagirdlərin suallarını cavablandıran şair onlara öz uşaqlıq xatirələrini danışmış, ədəbiyyat və həyat barədə öz tövsiyələrini vermiş və qiymətli fikirlərini bölüşmüşdür. Şagirdlərdə mütaliə vərdişini, onların dünyagörüşün zənginləşdirmək üçün təməl əsərlər oxumağı məsləhət bilmişdir.

Şagirdlərdən İ.Nərmin şairin portretini və şerinə çəkdiyi illüstrasiyanı təqdim etmişdir.

Qeyd edək ki, görüşün təşkilatçısı Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin müəllimi, şair Sara Selcandır.

# 2225 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #