Daha əvvəl Van Qoq və Qoya kimi rəssamların əsərlərini hədəfə alan iqlim fəallarının hədəfi bu dəfə məşhur amerikalı rəssam Andy Warhol’un tablosu olub.
Kulis.az xəbər verir ki, iqlim fəalları Andy Warhol’un Avstraliyanın paytaxtı Kanberrada Milli Qalereyada sərgilənən tablosuna hücum ediblər. Onlar rəssamın “Campbell's Soup Cans” əsərini mavi qələmlə cızıblar.
Pop-art hərəkatının ən önəmli nümayəndələrindən biri olan amerikalı rəssamın buraxılan şorba qablarını təsvir etdiyi kətanlar şüşə ilə qorunduğu üçün zədələnməyib.
- “Yeddi oğul istərəm”in Zalımoğlusu
- “Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başladı
- Puqaçova uşaqları ilə birlikdə İsraili tərk etdi