İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?
12 noyabr 2025
# 16:40

12 noyabr İntibah dövrünün görkəmli italyan heykəltəraş və rəssamı Baçço Bandinellinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Baçço Bandinelli (əsl adı Bartolommeo Brandini) 1493-cü ildə Florensiyada dünyaya gəlib və 1560-cı ildə də eyni şəhərdə vəfat edib.

O, İntibah dövrünün ən diqqət çəkən italyan heykəltəraşlarından biri sayılır.

Mediçi ailəsinin dəstəyi ilə onun əsərləri zamanının ən prestijli yerlərində sərgilənib və məşhurluq qazanıb.

Bandinelli sənətə zərgər kimi başlamışdı. Atası oğlunu bu sahəyə yönləndirmişdi, amma gənc Bartolommeonun ürəyi daşlara və heykəllərə doğru çəkilmişdi.

O, Covanni Françesko Rastiçinin yanında heykəltəraşlıq təcrübəsi qazandı, qısa müddətdə Florensiyada və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış bir sənətkar oldu.

Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır.

Sənət tarixçiləri Bandinellini həm böyük istedad sahibi, həm də çətin xasiyyətli birisi kimi təqdim edirlər.

Corcio Vasari və Benvenuto Çellini onun qısqanc, pis və qabiliyyətsiz biri olduğunu yazmışlar.

Hətta Bandinelli 1530-cu ildə yalnız öz soyadını alaraq sənət dünyasında fərqli bir iz qoymuşdu.

Bandinellinin yaradıcılığı onun texniki ustalığını və sənətə olan ehtirasını açıq göstərir.

Florensiyanın Uffizi qalereyasında saxlanılan “Laokoon”, “Herakl və Kakus” (1534) heykəli və Florensiya kafedralı üçün hazırladığı qabartmalar onun sənətinin şah əsərlərindəndir.

Lakin sonrakı illərdə Mediçi sarayındakı nüfuzunu Bartolommeo Ammannati və Benvenuto Çelliniyə verərək, sənət aləmində rəqabətin acı reallığını yaşadı.

Baçço Bandinelli İntibah dövrünün unudulmaz heykəltəraşlarından biridir.

Onun əsərlərində güc və dramatik duyğuların əks olunduğunu görmək mümkündür.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər