II Milli Qurama Festivalı Şamaxıda

II Milli Qurama Festivalı Şamaxıda
25 avqust 2023
# 18:10

II Milli Qurama Festivalı çərçivəsində Şamaxı İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Şamaxı Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Qurama yürüşü sərgi, ustad dərsləri, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

# 858 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #