"Hörümçək adam" Ginnesin Rekordlar kitabına düşdü

"Hörümçək adam"  Ginnesin Rekordlar kitabına düşdü
16 fevral 2022
# 15:40

“Hörümçək adam: Geriyə yol yoxdur” filmi “Ginnesin Rekordlar kitabı"na görə dünyanın ən çox gəlir gətirən ekran əsərlərindən biri olan "Avatar"ı geridə qoyaraq ABŞ-da bütün zamanların ən çox gəlir gətirən 3-cü filmi olub.

Kulis.az xəbər verir ki, Marvel Sinematik Kainatının “Hörümçək-adam” trilogiyası əsasında çəkilmiş "Hörümçək-adam: Geriyə yol yoxdur" pandemiya dövrünün ən çox izlənilən filmi olaraq rekordlarına və imza atdığı nailiyyətlərinə daha birini əlavə edib.

Tanınmış britaniyalı gənc aktyor Tom Hollandın baş rolu ifa etdiyi film ABŞ və Kanadada 760,988 milyon dollar gəlir əldə edərək "Avatar"ı geridə qoyub. Rejissor Ceyms Kemeronun 2009-cu ildə çəkdiyi "Avatar" filmi ABŞ-da ən çox gəlir gətirən filmlər siyahısında dördüncü yerə enib.

Qeyd edək ki, siyahıda ikinci sırada “Qisasçılar: Oyunun sonu” , ilk sırada isə 936,662 milyon dollar gəlirlə “Ulduz müharibələri” filmləri yer alır.

# 1887 dəfə oxunub

Müəllifin son yazıları

# # #