Hollivud aktrisası vəfat etdi

Enn Heç, aktrisa

Enn Heç, aktrisa

13 avqust 2022
# 10:20

Avtomobil qəzası nəticəsində xəstəxanalıq olan 53 yaşlı Hollivud ulduzu Enn Heç vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə aktrisanın ailəsi məlumat yayıb.

Xatırladaq ki, Enn avqustun 6-da qəza törədib: əvvəlcə yaşayış kompleksinin qarajına, sonra isə evə çırpılıb. Nəticədə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun içkili olduğu bildirilsə də müayinə zamanı qanında spirt aşkarlanmayıb. Lakin onun orqanizmində kokain izləri müəyyən edilib.

Qeyd edək ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.

# 1008 dəfə oxunub

Müəllifin son yazıları

# # #