Britaniyalı aktyor Entoni Hopkins alkoqolizmlə mübarizə təcrübəsini bölüşüb.
Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, 47 il əvvəl o, dərin ümidsizlik içində olduğundan alkoqollu içkilərə asılılığı başlayıb. Ancaq güclü iradə və müəyyən edilmiş qaydalar vasitəsi ilə o, bu problemi geridə qoymağı bacarıb.
Hopkins alkoqol asılılığından əziyyət çəkən hər kəsə bu xəstəliklə mübarizə aparmaq üçün 12 addımlıq proqramı tamamlamağı məsləhət görür:
“Mən sağalmaqda olan bir alkoqolikəm. Bilirəm ki, həyatın nifrət və barışmazlıq dövründə bu hisslərlə mübarizə aparan insanlar var. Mən sizə deyirəm, özünüzə qarşı mehriban olun. Zəhmət olmasa. Zəhərli insanlar sizi incitsələr, onlardan uzaq durun. Həyatınızı yaşayın, həyatınızla fəxr edin”.