Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.
Bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.