Bu xanım Dövlət Muğam Teatrının solisti, Bakı milyonçusu, məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsi, əməkdar artist Ədilə Əflaki Nəzərlidir.
Kulis.az xəbər verir ki, hazırda oğlu ilə bir evdə yaşayan müğənni məcburiyyətdən evin hamam otağını ikiyə ayıraraq, orada gecələyir. Özü də suyun içində.
Deyir ki, illərdir döymədiyi qapı qalmayıb. Aidiyyatı orqanlara saysız-hesabsız məktub və teleqramlar göndərib. Ümidlə bu qurumlardan xoş xəbər gözləyir.