Əflatun Amaşovun romanı çap olundu

Əflatun Amaşovun romanı çap olundu
16 mart 2022
# 16:22

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” adlı romanı çap olunub.

Kulis.az xəbər verir ki, roman müəllifin ilk bədii əsəridir.

Kitabın ön söz müəllifi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlidir.

Qeyd edək ki, kitabda akademik Nizami Cəfərovun daha öncədən “Ulduz” jurnalında dərc edilmiş “Qanıq, Hasan, bir də Qaragöz”lə bağlı “Jurnalistin ədəbi debütü” adlı məqaləsi də yer alıb.

“Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş romanın naşiri Müşfiq Xan, layihə rəhbəri Qulu Ağsəsdir.

# 1509 dəfə oxunub

Müəllifin son yazıları

# # #