Dünya ədəbiyyat platformalarına inteqrasiya mövzulu dinləmə keçiriləcək

Dünya ədəbiyyat platformalarına inteqrasiya  mövzulu dinləmə keçiriləcək
20 fevral 2024
# 16:43

21 fevral, saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun və Ümumdünya Yazıçılar Təşkilatının (WOW - World Organization of Writers) birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçiriləcək.

Kulis.az xəbər verir ki, məruzəçi Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqarita Aldır.

Nəzərinizə çatdıraq ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, dünyada sabitliyin qorunmasında mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin həlledici rolunun təmin edilməsidir.

Qeyd edək ki, hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.

# 512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #