“Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı” mövzusunda tədbir keçirildi

“Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı” mövzusunda tədbir keçirildi
20 dekabr 2023
# 12:30

Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə şair Tofiq Nurəlinin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar “Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı” mövzusunda tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə rəsmi qurumların və ictimaiyyətin nümayəndələri, şairin qələm dostları, oxucular çıxış ediblər. Tədbirə rayonun kəndlərindən, qonşu Qusar, Şabran, Xaçmaz, Siyəzən rayonlarından və Bakı şəhərindən də şairin çoxsaylı oxucuları qatılıblar. Tələbə kontinigentinin üstünlük təşkil etdiyi tədbir anşlaqla keçib.

Qeyd edək ki, elə bu ərəfədə AZTV şairə həsr olunmuş “Ömürdən uzun sevda” sənədli filmini çəkərək ,, Mədəniyyət,, kanalında nümayiş edilib..

# 713 dəfə oxunub

Müəllifin son yazıları

# # #