Danimarka mütaliə böhranına görə vergini ləğv edir

Danimarka mütaliə böhranına görə vergini ləğv edir
22 avqust 2025
# 10:50

Danimarka hökuməti ölkədə mütaliə səviyyəsinin aşağı düşməsini aradan qaldırmaq məqsədilə kitabların üzərindən 25 faiz əlavə dəyər vergisini (ƏDV) ləğv edəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, sözügedən ölkədə hər dörd 15 yaşlıdan biri sadə bir mətni başa düşməkdə çətinlik çəkir.

Mədəniyyət naziri Yakob Engel-Şmidt bu qərarın kitabların əlçatanlığını artıracağını və mədəniyyətə mühüm bir investisiya olduğunu bildirib.

Planın dövlətə illik 330 milyon krona (təxminən 44 milyon avro) başa gələcəyi qeyd olunur.

Qeyd edək ki, Skandinaviya ölkələrində kitab vergisi ya aşağıdır, ya da ümumiyyətlə yoxdur.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər