Xalq artisti torpağa tapşırıldı - Belə dəfn görmədiniz - Fotolar

Xalq artisti torpağa tapşırıldı - Belə dəfn görmədiniz - Fotolar
27 mart 2020
# 16:49

“Qaya” vokal qrupunun solisti, Xalq artisti Rauf Babayev dəfn olunub.

APA-nın məlumatına görə, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Koronavirus təhlükəsi səbəbindən dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamağı tövsiyə edib.

Rauf Babayev 1937-ci ildə Ermənistan Respublikasının Leninakan (Gümrü) şəhərində anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunda çıxış edib. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun, 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri olub.

R. Babayevə 1978-ci ildə "Azərbaycan SSR Əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı verilib, 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

# 23372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #