“Tarzan” təyyarə qəzasında öldü

“Tarzan” təyyarə qəzasında öldü
31 may 2021
# 10:04

"Tarzan: Epic Adventures" (1996-2000) televiziya serialında baş rol ifaçısı, amerikalı aktyor Josef Lara ABŞ-ın Tennessi ştatında təyyarə qəzasında ölüb.

APA xəbər verir ki, bu barədə “Rutherford County” Administrasiyası məlumat yayıb.

Aktyo və həyat yoldaşı, məşhur diyetoloq kimi tanınan Qven Şamblin kiçikmühərrikli “Cessna C501” markalı təyyarədə qəzaya düşüblər.

Florida istiqamətində havaya qalxan təyyarə bir qədər sonra gölə düşüb. Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, J.Lara "Malibu Rescuers" (Baywatch, 1989-2001) və "Conan" (Conan, 1997-1998) seriallarında da rol alıb.

# 2020 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #