“Ev dustağıyam” kitabının təqdimatı olub

“Ev dustağıyam” kitabının təqdimatı olub
28 iyul 2021
# 17:25

İyulun 28-də Bakı Kitab Mərkəzində yazıçı Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirilib.

Kulis.az xəbər verir ki, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.

Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.

# 1950 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #