Ceki Çan təltif olundu

Ceki Çan təltif olundu
30 may 2025
# 10:00

Məşhur aktyor Ceki Çan rəsmi olaraq karate üzrə qara kəmər ilə təltif olunub.

Kulis.az xəbər verir ki, təltifetmə mərasimi Nyu-Yorkda “Karate Kid: Əfsanələr” filminin premyerası zamanı baş tutub.

Onunla bərabər filmin digər aktyoru Ralf Makkio da qara kəmərlə təltif olunub.

Qara kəmərləri aktyorlara Dünya Karate Federasiyasının baş katibi Toşihisa Naqura təqdim edib.

# 157 dəfə oxunub

Müəllifin son yazıları

# # #