Beyons tərəfini seçdi - 4 milyon dollar ianə edəcək

Beyons tərəfini seçdi - 4 milyon dollar ianə edəcək
7 avqust 2024
# 14:32

ABŞ-də seçki yarışı davam edərkən, tanınmış sənətçilər dəstəklədikləri namizədləri bəyan etməyə, hətta kampaniyalarına ianə verməyə başlayıblar.

Kulis.az xəbər verir ki, məşhur müğənni Beyonsun Kamala Harrisin kampaniyasına 4 milyon dollar ianə edəcəyi xəbəri diqqət çəkib.

Beyonsa yaxın mənbələr müğənninin kampaniya çərçivəsində bir tədbirdə də çıxış edəcəyini və bunun üçün proqramını yenilədiyini bildirib.

Qeyd edək ki, vitse-prezident prezidentlik kampaniyasına keçən ay prezident Co Baydenin yenidən seçilməkdən imtina etməsindən az sonra başlayıb.

# 311 dəfə oxunub

Müəllifin son yazıları

# # #