Beyons dünya turuna çıxacaq

Beyons dünya turuna çıxacaq
2 fevral 2023
# 16:30

Amerikalı müğənni Beyons yeddi ildən sonra dünya turuna çıxacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, 41 yaşlı müğənni bu ilin may ayında Avropada başlayacaq və sentyabrda ABŞ-da sona çatacaq son albomu "Renaissance" ilə qastrol səfərinə çıxacaq. Azarkeşlər bilet almaq üçün gözləməli olacaqlar. Çünki ifaçı biletlərin nə vaxt satışa çıxarılacağını açıqlamayıb.

Qeyd edək ki, Beyonce Break My Soul hit treki ilə yeddinci studiya albomu olan Renaissance-ı 2022-ci ilin iyul ayında buraxıb. Alboma 16 trek, o cümlədən ötən ay buraxılmış "Break My Soul" sinqlı daxildir.

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

# # #