Beynəlxalq musiqi festivalı keçirilir - Bəstəkar Baxın xatirəsinə

Beynəlxalq musiqi festivalı keçirilir - Bəstəkar Baxın xatirəsinə
21 iyul 2025
# 11:10

Kalininqrad şəhərində böyük bəstəkar İohann Sebastyan Baxın xatirəsinə həsr olunmuş XXIV Beynəlxalq musiqi festivalı start götürüb.

Kulis.az xəbər verir ki, tarixi filarmoniya binasında təşkil olunan festival 28 iyul – dahi bəstəkarın anım günü münasibətilə keçirilir.

Açılış konsertində Baxın məşhur “Re minor Tokkata və Fuqası” səsləndirilib, bu əsər musiqişünaslar tərəfindən onun “opus magnum”u, yəni ən böyük əsərlərindən biri kimi qiymətləndirilir.

Konsertdə həmçinin Mendelson, eləcə də rusiyalı və xarici musiqiçilərin ifasında konsertlər təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində ilk dəfə olaraq Baxın həyatı və yaradıcılığına həsr olunmuş konsert-mühazirələr, eləcə də Gari Qrodberqin xatirəsinə həsr olunan sərgi də keçirilir.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

# # #