“Bəxtiyar” növbəti dəfə Musiqili Teatrın səhnəsində

“Bəxtiyar”  növbəti dəfə Musiqili Teatrın səhnəsində
5 iyun 2024
# 18:00

İyunun 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi “Bəxtiyar” musiqili komediyasını növbəti dəfə teatrsevərlərə təqdim edəcək.

Kulis.az xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanan tamaşanı teatrın baş rejissoru Cavid İmamverdiyev səhnələşdirib.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizovadır.

Tamaşa füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

# 418 dəfə oxunub

Müəllifin son yazıları

# # #