Bəstəkarlıq üzrə "Respublika müsabiqəsi"

Bəstəkarlıq üzrə "Respublika müsabiqəsi"
31 yanvar 2025
# 09:42

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə ”Respublika müsabiqəsi" elan edir.

Kulis.az xəbər verir ki, müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir.

Orkestr üçün - təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7 – 8 dəqiqəlik vaxt həcmində olmalıdır;

Xor ilə orkestr üçün - təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) 4 səsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10 - 15 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə) deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər.

Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir. Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer – 7000 manat II yer – 5000 manat III yer – 3000 manat Тəqdim olunmuş əsərlər 2025-ci il oktyabr ayının 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ünvan: Xaqani küçəsi 55 Əlaqə telefonu: (012) 598 08 86

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #