Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək
20 aprel 2024
# 16:40

Aprelin 23-dən 26-dək Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.

Azərbaycan-Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyət əlaqələri dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir.

Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.

# 463 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #