Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi? - Misir Mərdanovdan cavab

Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi? - Misir Mərdanovdan cavab
6 oktyabr 2023
# 20:00

"Birgəyaşayış istənilən halda çətin olacaq".

Kulis.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı danışarkən bildirib.

"Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq.

Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər?

Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik.Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm. Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir. Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq?Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?”.

Bizim.Media

# 950 dəfə oxunub

Müəllifin son yazıları

# # #