Azərbaycanda Belarus kinosu günlərinin açılışı baş tutdu

Azərbaycanda Belarus kinosu günlərinin açılışı baş tutdu
2 aprel 2024
# 10:40

Aprelin 1-də Nizami Kino Mərkəzində Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində keçirilən Belarus kinosu günlərinin açılışı olub.

Kulis.az xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət və ictimai xadimləri iştirak edib.

Aprelin 4-dək Bakıda keçiriləcək mədəniyyət günləri çərçivəsində Belarus kinosu günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi, Belarus xalq sənətkarlıq nümunələri sərgisi və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.

# 591 dəfə oxunub

Müəllifin son yazıları

# # #