Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə

Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə
29 fevral 2024
# 17:30

28 fevralda Azərbaycan Milli İncəsənət Muzeyində “Yazıçılar Bakı haqqında”adlı növbəti mühazirə jurnalist, bələdçi, “Kaspi” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov tərəfindən təqdim edilib.

Kulis.az xəbər verir ki, mühazirədə XIX və XX əsrin birinci yarısının Bakısına klassik ədiblərin qeydləri ilə qiyabi səyahət baş tutdu. Burada məruzəçi tərəfindən A.Düma, K.Hamsun, A.S.Qrin, N.A.Ostrovski, A.P. Çexov, V.İ.Nemiroviç-Dançenko, V.V.Mayakovski kimi Avropa və Rusiyanın məşhur ədəbi xadimlərinin hekayələri, gündəlik və səyahət mətnləri, məktubları əsasında neft paytaxtı Bakının əyalət və rayonlarının tarixi inkişafından, mədəni və ictimai həyatından söhbət açıldı.

Mühazirənin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı.

# 646 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #