AMEA prezidenti: "Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir"

AMEA prezidenti:  "Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir"
29 fevral 2024
# 12:09

Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir.

Kulis.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi Yığıncağında deyib.

O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var:

"Yüksək keyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq".

APA

# 643 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #