Almaniyada dünyanın ən böyük video oyun sərgisi açıldı

Almaniyada dünyanın ən böyük video oyun sərgisi  açıldı
22 avqust 2025
# 10:25

Almaniyanın Köln şəhərində dünyanın ən böyük video oyun sərgisi olan "Gamescom" başlayıb.

Kulis.az xəbər verir ki, tədbirdə 1500-dən çox şirkətin iştirak etdiyi və 300 mindən çox ziyarətçinin gözlənildiyi bildirilir.

Sərgidə "Call of Duty: Black Ops 7", "Lego Batman: Legacy of the Dark Knight" və uzun müddətdir gözlənilən "Hollow Knight: Silksong" kimi oyunların təqdimatları maraqla qarşılanıb.

Nintendo Switch 2 və Xbox Handheld kimi yeni nəsil portativ qurğular da ilk dəfə ictimaiyyətə nümayiş etdirilir.

Qeyd edək ki, bu il Netflix və Disney+ kimi yayım platformalarının da iştirak etməsi oyun və interaktiv medianın sərhədlərinin getdikcə daha da yaxınlaşdığını göstərir.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər