Aktrisanın kitabının nəşri təxirə salındı - Səbəb

Aktrisanın kitabının nəşri təxirə salındı - Səbəb
5 aprel 2024
# 15:30

Aktrisa Rebel Uilsonun tərcümeyi-halının nəşri Böyük Britaniya və Avstraliyada təxirə salınıb.

Kulis.az xəbər verir ki, "Rebelin yüksəlişi" əsəri ABŞ-də nəşr olunub.

Kitabda aktyor Saşa Baron Koenin qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair iddialar var.

O, həmçinin aktyorun "Qimsbi" filmdə qadınları alçaltdığını qeyd edib.

Britaniyalı komediyaçı isə iddiaları rədd edib.

Baron Koenin vəkilləri aktrisanın kitabını tanıtmaq üçün rüsvayçı kommersiya hiyləsinə əl atdığını deyiblər.

Ülvi Bahadır

# 784 dəfə oxunub

Müəllifin son yazıları

# # #