Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi
20 noyabr 2026
# 13:31

Ağdamda Şəhər Günü çərçivəsində Qarabağ atlarının iştirakı ilə şou proqramı təşkil olunub.

Kulis.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, İmarət Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirdə hərbi orkestrin müşayiəti, rəqs ansamblının və süvarilərin çıxışları olub.

Proqram çərçivəsində hərbi orkestr dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqilər ifa edib.

Daha sonra Qarabağ atları üzərində çıxış edən süvarilər müxtəlif nümunələr nümayiş etdiriblər.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər