Xalq rəssamı Arif Hüseynov mühazirə deyəcək

Xalq rəssamı Arif Hüseynov mühazirə deyəcək
18 mart 2021
# 14:32

Martın 19-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” sərgisinə həsr olunmuş mühazirə təşkil olunacaq.

Xalça Muzeyindən verilən məlumata görə, Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, poetik tablolar barədə mühazirəni rəssamın özü təqdim edəcək.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər.

# 1843 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #