Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşa - P.A.N.D.A

Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşa - P.A.N.D.A
8 iyul 2024
# 16:30

Azərbaycan Dövlət YUĞ Teatrında 5 və 6 iyul tarixlərində rumın dramaturq Matey Vişnekin əsəri əsasında “P.A.N.D.A” tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, Saksofon üçün rapsodiya janrlı tamaşada rollarda aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin çıxış edib.

Tamaşaya YUĞ Teatrının baş rejissoru Mikayıl Mikayılov quruluş verib.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #