Xalq artistinin oğlu efirdə ağladı - Kömək istədi  

Xalq artistinin oğlu efirdə ağladı - Kömək istədi  
22 iyul 2021
# 11:50

Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhətində kəskin problemlər yaranıb.

Kulis.az xəbər verir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olan Məmməd Zeynalov bu haqda “Elgizlə izlə” verilişində məlumat verib.

O, göz yaşları axıdaraq, böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkdiyini qeyd edib:

"İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müyainələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə min manatdır".

Qeyd edək ki, Məmməd Zeynalov illər öncə insult da keçirib.

Ailəlidir, bir övladı var.

# 2638 dəfə oxunub

Müəllifin son yazıları

# # #