Xalq artisti: "Arvadımla nərd oynayıram"

Xalq artisti: "Arvadımla nərd oynayıram"
9 aprel 2020
# 10:56

“Dövlətimiz əlindən gələni edir ki, xalqımız bu faciədən salamat çıxsın”.

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Səməd Səmədov bildirib.

“Mən hazırda bağdayam. Evdə otururam. Televizora baxıram. Bağda bostanım var. Yaxşı göy-görəti əkmişəm. Demək olar ki, vaxtımın çox hissəsini həyətdə keçirirəm. İtlərim var onlarla məşğulam. Qabaqdan yaya gəlir onları dərmanlayıram. Sənət adamlarının belə işlərlə məşğul olmağa çox zamanı olmur. İndi durğunluqdur. Toy məcilisləri, konsertlər yoxdur. Dövlətimizin qoyduğu qaydalara əməl edərək qonaq qəbul etmirəm. Həyat yoldaşıma nərd oynamaq öyrətmişəm. Oturub nərd oynayırıq".

Koronavirus pandemiyasının bütün dünya üçün faciə olduğunu deyən Xalq artisti insanlara evdə qalmaları üçün müraciət edib.

“Bu günlər bilirəm ki, hamı üçün çətindir. Bütün xalqlar üçün bir faciədir. Dövlətimiz əlindən gələni edir ki, xalqımız bu faciədən salamat çıxsın. Mən də sizin vasitənizlə müraciət edirəm xalqıma. Evdə qalın ki, sağlam olun".

# 2535 dəfə oxunub

Müəllifin son yazıları

# # #