Türkiyədə PKK terrorçuları tərəfindən öldürülən uşağın həyatı film olur

Türkiyədə PKK terrorçuları tərəfindən  öldürülən uşağın həyatı film olur
4 yanvar 2021
# 16:36

2017-ci ildə Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən vuruşma nəticəsində həyatını itirən 15 yaşlı Eren Bülbülün həyatı ekranlaşdırılır.

Kulis.az xəbər verir ki, “Kəsişmə: Yaxşı ki, varsan Eren” filminin çəkilişlərinin ilkin hazırlıqları artıq başlayıb. Trabzonun Maçka rayonunda çəkiləcək ekran əsərinin rejissoru Mustafa Usludur. Hazırda Türkiyənin Qaradəniz bölgəsində Eren Bülbül rolunu canlandıracaq gəncin seçimləri davam edir. Rejissor Trabzon və Samsundan olan baş rol ifaçılığına namizəd üç yeniyetmə ilə sınaqların davam etdiyini, yaxın günlərdə seçilən adın ictimaiyyətə bildiriləcəyini deyib.

Filmdə, eyni zamanda, çatışmada şəhid olan jandarma əməkdaşı Fərhad Gedikin də həyatı canlandırılacaq. Fərhad Gedik rolunu tanınmış aktyor Uğur Güneş canlandıracaq.

# 1555 dəfə oxunub

Müəllifin son yazıları

# # #