Əməkdar artist Tahir İmanovun sosial şəbəkələrdə fotoşop olunmuş şəkilləri yayılıb.
Kulis.az xəbər verir ki, fotolar bir müddət əvvəl Əməkdar artistin adına açılan saxta profillərdə paylaşılıb. Tahir İmanov yaranan xoşagəlməz vəziyyətlə bağlı şəxsi İnstaqram hesabında məlumat verib. O qedy edib ki. Bu məsələ ilə bağlı hüququ mühafizə orqanlarına müraciət edəcək: “Mənim şəkillərimi şəxsi arxivimdən oğurlayıb media saytlarında və sosial şəbəkələrdə paylaşanlar tezliklə qanun qarşısında cavab verəcəklər.”