Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto

Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10 avqust 2020
# 16:02

Darvaz (türkməncə Dervaze. Farsca «دروازه»‎ yəni "Böyük Qapı" sözündən...). Türkmənlərdə "Cəhənnəmin qapısı" sayılır.

Qapı 1971-ci ildə Sovet geoloqları tərəfindən açılıb. Qapını açıb, sonra örtə biləməyiblər. Türkmənistanın Daşoğuz vilayətinin Erbənd aulundan 90 km. qırağdadır.

Açıq qaz krateridir 1971-ci ildən orda cəhənnəm alovu sönmədən yanmaqdadır. 2013-cü ildə tanınmış səyahətçi və araşdırmaçı Corc Koronis (Kanada vətəndaşı) xüsusi avadanlıq vasitəsi ilə bu cəhənnəm kraterinin dibinə enib. Orda, yüksək temperatura baxmayaraq, bəzi bakteriyaları aşkarlayıb. O bakteriyalar Darvazdan başqa digər yerlərdə tapılmır.

Oxşar möcüzənin vaxti ilə Bakı ətrafında da olduğu deyilir. Şimali İrakda da qədimdən belə oxşar yer var. Assuriya hökmdarı Buhtnəssar ora öz düşmənlərini atırmış.

Gallery

# 2886 dəfə oxunub

Müəllifin son yazıları

# # #