Rəsulzadə haqda kitabın təqdimatı olub

Rəsulzadə haqda kitabın təqdimatı olub
25 iyul 2021
# 15:28

Gənc yazar Ağarza Elçinoğlunun "Rəsulzadə və 4-cü hakimiyyət" adlı kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitabda Məhəmməd Əmin Rəsulzadənin "Mətbuat Azadlığı" məqaləsi Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də təqdim olunub.

Təqdimatda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının müəllifi, Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu və bir sıra media nümayəndələri iştirak ediblər. Onlar gənc yazarın kitabı ilə tanış olub, ona fəaliyyətində uğurlar arzulayıblar. Kitabda AXC qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan mətbuatına bəxş etdiyi töhfələrdən bəhs edilib.

# 2246 dəfə oxunub

Müəllifin son yazıları

# # #