Rejissor və ailəsi koronavirusdan dünyasını dəyişdi

Rejissor və ailəsi koronavirusdan dünyasını dəyişdi
20 fevral 2020
# 17:28

Çinli rejissor Çay Kay və ailə üzvləri koronavirusdan vəfat etdi.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Xəstəliyə birinci rejissorun atasının yoluxduğu qeydə alınıb. Rejissor atasını xəstəxanaya çatdırmağa çalışsa da şəhər xəstəxanalarında yer tapa bilməyib. Beləliklə xəstəlik ailənin digər üzvlərinə keçib. Nəticədə rejissor və ailənin bütün üzvləri vəfat edib. Hazırda Cay Kayın həyat yoldaşının da vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Çay Kay Uhan film studiyasında “Hubei Film” studiosunda rejissor və prodüser kimi fəaliyyət göstərirdi.

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #