Nobel mükafatının məbləği artırılacaq

Nobel mükafatının məbləği artırılacaq
25 sentyabr 2020
# 16:25

Nobel Fondunun Direktorlar Şurası mükafat məbləğinin 10 milyon İsveç kronu olacağını açıqlayıb.


Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, fond rəsmiləri qeyd ediblər ki, məbləğin artırılması son illərdə Nobel Fondunun maliyyə vəziyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən biri kimi hesab oluna bilər.


Nobel Fondunun icraçı direktoru Lars Heikensten mükafat sahiblərinin elanının 5 oktyabrda başlayacağını xatırladı.

# 1616 dəfə oxunub

Müəllifin son yazıları

# # #