Nizami və Yunis Əmrəyə aid konfrans keçiriləcək

Nizami və Yunis Əmrəyə aid konfrans keçiriləcək
4 may 2021
# 18:20

20-21 may 2021-ci il tarixlərində “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Kulis.az xəbər verir ki, konfrans Türkiyə Eyuder Eğitim dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq

Konfransın məqsədi: Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir.

Konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər.

Konfrans materialları kitab şəklində çap olunacaqdır. Konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır. Konfrans Zoom platformasında keçiriləcəkdir. İştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #