Musiqi kollektivimiz beynəlxalq festivalda

Musiqi kollektivimiz beynəlxalq festivalda
10 sentyabr 2021
# 13:01

Azərbaycandan olan “Nakhish” musiqi kollektivi Vladimir şəhərində (Rusiya) keçirilən X Beynəlxalq “Qızıl Dairə-2021” Xalq Yaradıcılığı Festivalında iştirak edir.

Bakıdakı Rus Evinin mətbuat mərkəzindən bildiriblər ki, tədbirin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Rusiyanın UNESCO üzrə Komitəsi yanında Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsi, V.D.Polenov adına Dövlət Rusiya Xalq Yaradıcılığı Evi, Vladimir vilayəti Mədəniyyət Departamenti və Regional Xalq Yaradıcılığı Mərkəzidir.

Bu il festivalda Azərbaycan, Rusiya, Belarus, İran, Hindistan və digər ölkələrdən olan iştirakçı kollektivlər bir araya gəlib.

Azərbaycandan olan ansambl fəal konsert fəaliyyəti ilə məşğuldur, respublikanın böyük bayram tədbirlərində çıxış edir.

Kollektivin bədii rəhbəri beynəlxalq musiqi və poeziya layihələrinin müəllifi və təşkilatçısı, musiqi filmlərinin quruluşçu rejissoru, müəllif mahnılarının müxtəlif beynəlxalq festivallarının laureatı Vəfa Məmmədovadır.

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #