Məşhur yazıçı qocalar evində vəfat etdi

Məşhur yazıçı qocalar evində vəfat etdi
8 fevral 2020
# 14:30

Amerikalı yazıçı Rocer Kan 92 yaşında ABŞ-da vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yazıçının oğlu Qordon Jak açıqlama verib.

Onun sözlərinə görə, atası fevralın 6-da Nyu York şəhərindəki Mamaronek qocalar evində vəfat edib. Yazıçının ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Kan 31 oktyabr 1927-ci ildə Bruklidə anadan olub. Bir çox qəzet və jurnallarda redaktor vəzifəsində çalışan yazıçı 20 kitab müəllifidir. Onu ən çox beysbol komandası haqqında yazdığı “Yay oğlanları” bestselleri məşhurlaşdırıb.

# 3341 dəfə oxunub

Müəllifin son yazıları

# # #