Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin verdiyi məlumata görə tamaşa fransız dramaturqu Marsel Berkye-Marinyenin "Oğru" komediyası əsasında hazırlanıb.
Kasıb bir fransız ailəsinə xas olan klassik üçlük - ər, arvad və onun məşuqəsi arasındakı münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıxov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
- Atamın Qarabağda qalan əlləri – Hekayə
- Veyd Qudvin vəfat etdi
- “Əziz Şuşa sən azadsan!” adlı tamaşa nümayiş olundu
Əməkdar artist Sucəddin Mirzəyevin, Aynur Əhmədovanın, Sayad Əliyevin və Nizami Qurbanovun rol aldıqları bu tamaşanın martın birinci ongünlüyündə təhvil veriləcəyi nəzərdə tutulub.