Tarixi qalereyanı və sarayı su basdı

Tarixi qalereyanı və sarayı su basdı
18 sentyabr 2026
# 10:40

İtaliyanın Florensiya şəhərində baş verən güclü leysan yağışları tarixi Uffizi Qalereyası və Pitti Sarayında su sızmalarına səbəb olub.

Kulis.az xəbər verir ki, Uffizinin 17-ci əsrə aid salonunda tavan pəncərəsindən sızan su dahi rəssam Karavaccionun məşhur "Baxus" əsərini qoruyan vitrinin şüşəsinə sıçrayıb.

Muzey rəhbərliyi heç bir sənət əsərinə zərər dəymədiyini və zalın yenidən ziyarətçilərə açıldığını bildirib.

Şiddətli yağış nəticəsində Pitti Sarayının daxilində yerləşən Müasir İncəsənət Qalereyasının bəzi otaqları müvəqqəti olaraq bağlanıb.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər