Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən, 22 iyul tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə media nümayəndələri və onların ailə üzvləri üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.